"Ludoqorets" ölkəsinin güclüsüdür

Bolqarıstan çempionatında 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu, "Ludoqorets" olub.  

Razqrad komandası 35 turdan sonra 85 xal toplayıb və SSKA-nı (Sofiya) 1 xal qabaqlayaraq aardıcıl 12-ci dəfə Bolqarıstan liqasının çempionu adını qazanıb.  Bu göstəricidə dünya rekordu Vanuatunun "Tafea" klubuna məxsusdur - 1994-2009-cu illərdə ardıcıl 15 titul.

Ümumilikdə hazırda İvaylo Petevin baş məşqçisi olduğu "Ludoqorets"in 12 çempionluğu var. Bu, SSKA (31) və "Levski"dən (26) sonra ölkədə 3-cü ən yaxşı nəticədir .