Luis Enrikenin yeni planı bəlli olub
PSJ klubunun təcrübəli çalışdırıcısı Luis Enrike komandadakı planlarından danışıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, ispaniyalı mütəxəsis Kilian Mbappenin komandadan gedişindən sonra "Leyptsiq"dən Xavi Saymonsu transfer etmək qərarına gəlib.
O, açıqlamasında :"Razıyam Kilian dünyanın hazırki ən yaxşı hücmçularından biridir. Amma, gedirsə edəcək heç bir şeyimiz yoxdur. Xavi Saymonsun oyunlarını izləmişəm. Məncə o PSJ-nin yeni Mbappesi ola bilər",-deyib.
Qeyd edək ki, Kilian Mbappe mövsüm sonunda "Real Madrid" klubuna qatılacaq.