Luis Suares "Ateltiko"da

"Barselona" futbolçusu Luis Suaresin "Atletiko"ya transfer olunduğunu açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, Madrid təmsilçisi 33 yaşlı hücumçu üçün Kataloniya klubuna 6 milyon avro ödəyəcək. Məbləğ uruqvaylı futbolçunun oyunundan asılı olaraq, artırıla biləcək.

Qeyd edək ki, Suares 2014-cü ildən "Barselona"da oynayırdı. O, burada ümumilikdə 283 matçda 198 qol vurub.