Luiş Fiqu: "Yuventus" Çempionlar Liqasının favoritidir"

Əfsanəvi futbolçu Luiş Fiqu "Gazetta dello Sport"a açıqlamasında "Yuventus"un Çempionlar Liqasındakı şanslarını dəyərləndirib. SportLine.az xəbər verir ki, L.Fiqu "qoca sinyora"nı yarışın favoriti hesab edir:

"Çempionlar Liqasında yarımfinal mərhələsinə gəlib çıxmaq, bu komanda güclü heyətə və baş məşqçiyə sahib olmasından xəbər verir. Özü də "Barselona" kimi bir komandanı mübarizədən kənarlaşdırmaq "Yuventus"un çempionluğa ən real namizədlərdən olduğu deməkdir. Turin təmsilçisi hər il bir az da güclənir. Fikrimcə, onlar Çempionlar Liqasının favoritidirlər".

Qeyd edək ki, "Yuventus"un yarımfinalda rəqibi "Atletiko" (Madrid) olacaq.