Luiş Nani sabiq komandasını tənqid etdi

Portuqaliyalı ulduz futbolçu Luiş Nani “Mançester Yunayted”i ağır tənqid atəşinə tutub.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, hazırda “Adana Demirspor”un şərəfini qoruyan 36 yaşlı yarımmüdafiəçi keçmiş klubu haqqında danışarkən “Artıq “Mançetser Yunayted”də keçmişdəki kimi əzmkarlıq və qələbə istəyi görmürəm. Futbolçular meydana sadəcə qaçmaq üçün çıxırlar. Erik Ten Haq? Ona deyiləcək söz yoxdur. Çünkü nə ettiyini özü də bilmir. Keçmişlə indini müzakirə etmək belə doğru olmaz”, - deyib.

Qeyd edək ki, Luiş Nani Erik Ten Haqın “Mançetser Yunayted”dən getməli olduğunu və əvəzində daha güclü məşqçinin gətirilməli olduğunu da deyib.