Luka Netz "Nottingem"ə transfer olunub

"Nottingem Forest" "Borussiya MünhenQlaxba"nın oyunçusu Luka Netzi heyətinə qatıb.

Sportline.az xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisi İngiltərə klubu ilə 4.5 illik müqavilə bağlayıb.

L.Netz cari mövsüm meydana çıxdığı 17 matçda 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Almaniya U-21 millisinin üzvü "Herta" klubunun yetirməsidir.