Luka Yoviç "Qalatasaray"a keçə bilər

Luka Yoviç "Qalatasaray"a keçməyə yaxındır.

Sportline.az xəbər verir ki, "Fiorentina"nın forvardı Türkiyə klubuna keçməyə razılaşıb. "Qalatasaray" Yoviçə vergilər çıxdıqdan sonra illik 3 milyon avro maaşla 3 mövsümlük müqavilə təklif edir.

"Fiorentina" və "Qalatasaray"ın yaxın vaxtlarda transfer üçün razılaşacağı gözlənilir. Serbiyalı hücumçunun transferi təxminən 8 milyon avroya başa gələcək.