Lukman nəhəng klubların hədəfindədir
"Atalanta"nın nigeryalı futbolçusu Ademula Lukman karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az insayder Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, "Liverpul", "Çelsi" və "Mançester Yunayted" Lukmanı transfer etmək üçün yarışa giriblər.
"Atalanta" Lukmanın transfer dəyərini 50 milyon avro olaraq təyin edib.
Qeyd edək ki, 27 yaşlı futbolçunun "Atalanta" ilə müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.