Mahir ehtiyatda qaldı, "Dinamo" uduzdu
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün yerli çempionatda növbəti matçına çıxıb.
Sportline.az xəbər verir ki, komanda 25-ci turda səfərdə "Osijek" ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Mahir bu görüşün iştirakçısı olmayıb.
Bu qələbədən sonra xallarını 52-ə çatdıran "Osijek" "Dinamo"nu qabaqlayaraq liderliyi ələ keçirib. "Dinamo" isə 50 xalla 2-ci pillədədir.