Mahir Emreli bu gün çempion ola bilər

Bu gün futbol üzrə Xorvatiya çempionatında 34-cü turun oyunları başlanır. 

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su da növbəti görüşə çıxacaq. 

"Osiyek"lə "Maksimir"də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. 

"Dinamo" 33 turdan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir. Komanda sona 3 tur qalmış ən yaxın izləyicisini 4 xal qabaqlayır. "Riyeka" bu gün "Hayduk"la oyunda uduzsa, "Dinamo qələbə qazanaraq çempionluğu vaxtından əvvəl təmin edə bilər.