Mahir Emreli İspaniyada
Zaqrebin “Dinamo”su bu səhər “Sevilya” ilə oyun üçün İspaniyaya yollanıb.
Sportline.az xəbər verir ki, heyətdə komandanın yeni transferi Mahir Emreli də yer alıb.
Millimizin üzvünün adının “Sevilya” ilə Avropa Liqasının 1/16 final mərhələsinin səfər matçının iştirak ərizəsinə salınacağı gözlənilir.
Qeyd edək ki, “Sevilya” ilə “Dinamo” arasında ilk oyun fevralın 17-də İspaniyada, cavab matçı fevralın 24-ü Xorvatiyada olacaq.