Mahir Emreli "Legiya"ya məktub göndərdi
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşa “Legiya”sından ayrılmaq üçün kluba məktub göndərib.
Sportline.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya futbolçunun anası Elnurə Emreli deyib.
O bildirib ki, Mahir Polşa təmsilçisini tərk etmək niyyətindədir.
Qeyd edək ki, Mahir Emreli “Legiya”ya 2021-ci ilin yayında transfer olunub.