Mahir Emreli millidən kənarlaşdırıldı
Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Lüksemburqla ev oyununda qırmızı vərəqə almış Mahir Emreli millinin heyətindən kənarlaşdırılıb.
Sportline.az xəbər verir ki, 23 yaşlı futbolçu sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacaq.
Azərbaycan ilk turda Lüksemburqa 1:2 hesabı ilə uduzub.