Mahir Emreli millinin düşərgəsini tərk etdi
"Qarabağ"ın hücumçusu Mahir Emreli Monteneqro və Kiprlə UEFA Millətlər Liqasının oyunlarına hazırlaşan millimizin düşərgəsini tərk edib.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu təlim-məşq toplanışında iştirakını dayandırıb.
Səbəb kimi Emrelinin zədəli olması göstərilib. Daha əvvəl isə onun cəza üzündən Monteneqro ilə qarşılaşmada iştirak etməyəcəyi müəyyənləşmişdi.
Qeyd edək ki, Azərbaycan millisi Monteneqro ilə oktyabrın 10-da Podqoritsada, Kiprlə isə oktyabrın 13-də Albaniyanın Elbasan şəhərində qarşılaşacaq.