Mahir Emreli Sevilyaya yollanır

Xorvatiyanın "Dinamo" klubunun futbolçusu Mahir Emreli "Sevilya"ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün komanda ilə birlikdə İspaniyaya yollanacaq.

Sportline.az xəbər verir ki, Zaqreb təmsilçisi Sevilya şəhərinə fevralın 15-də yola düşəcək.

25 yaşlı hücumçunun meydana çıxıb-çıxmayacağı hələ dəqiq deyil. 

Millimizin hücumçusu "Dinamo"da kollektiv məşqlərə ötən gün qatılıb.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək "Sevilya" - "Dinamo" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.