Mahir Emrelinin komanda yoldaşı "Trabzonspor"da
“Dinamo Zaqreb”in futbolçusu Bruno Petkoviç “Trabzonspor”la razılıq əldə edib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, xorvatiyalı futbolçu yaxın günlərdə tibbi muayinədən keçmək üçün İstanbula gələcək.
Təcrübəli futbolçuya 2+1 illik müqavilə təklif olunub.
Qeyd edək ki, Bruno Petkoviç yeni mövsümdə “Dinamo Zaqreb” forması ilə çıxdığ 6 qarşılaşmada 1 qol , 1 asist müəllifidir.