Mahir Emrelinin son durumu
Zaqreb “Dinamo”sunun azərbaycanlı hücumçusu Mahir Emreli klubu ilə məşqlərə qoşulub.
Sportline.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı forvardın dekabrın 19-da komandaya qoşulacağı deyilsə də, Emreli toplanışa daha tez qatılıb.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm "Dinamo"nun heyətində meydana çıxdığı 10 oyunda 4 qol vurub.