Mahir Mədətov "Beşiktaş"a keçir?

"Qarabağ"ın futbolçusu Mahir Mədətovun karyerasını Türkiyədə davam etdirəcəyi ilə bağlı xəbərlər yayılıb. SportLine.az saytının məlumatına görə, yerli mətbuat "Beşiktaş"ın futbolçunun xidmətində maraqlı olduğunu yazıb. 

"Qarabağ" futbol klubunun icraçı direktoru Əmrah Çəlikəl isə xəbəri təkzib edib. Qol.az saytına açıqlamasında klub rəsmisi, "Bizə “Beşiktaş”dan Mahirə görə təklif gəlməyib. Düzdür, bu komanda ilə yaxşı münasibətlərimiz var. Amma təklif gəlsəydi, xəbərimiz olardı. Bizdə bu barədə hər hansı məlumat yoxdur”, - deyib.

Qeyd edək ki, “Futbol+” qəzeti bu gün “Beşiktaş” rəsmilərinin Bakıda olacaqlarını və Mədətovun transfer məsələsini müzakirə edəcəklərini yazıb. Məlumata görə, İstanbul klubunun baş məşqçisi Şenol Günəş Mahiri öz komandasında görmək istəyir.