Mahir Sevilyada məşqə çıxdı

Millimizin hücumçusu Mahir Emreli yeni komandası Zaqreb “Dinamo”su ilə birgə İspaniyadadır.

Sportline.az xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsinin “Sevilya” ilə oyun üçün bu ölkədə olan 24 yaşlı futbolçumuz dünən “Ramon Sançes Pisxuan” stadionunda məşqə çıxıb.

Qedy edək ki, “Sevilya” - “Dinamo” oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.