Mahir xorvat azarkeşlərlə görüşəcək
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli formasını geyindiyi Zaqreb “Dinamo”sunun azarkeşləri ilə görüşəcək.
Sportline.az xəbər verir ki, bu barədə Xorvatiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Görüş aprelin 23-24-də baş tutacaq. Aprelin 26-da “Dinamo”nun yaranmasının 111-ci ildönümüdür. Ölkə çempionu bu məqsədlə Zaqrebin mərkəzində şənlik təşkil edəcək. Fanatlar orada həm oyunçularla ünsiyyətdə olacaq, həm də əyləncəli proqramları izləyəcək.