Mahirin "Dinamo"da debütünün vaxtı bilindi
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu "Dinamo"da debüt edəcəyi vaxt məlum olub.
Sportline.az xəbər verir ki, 25 yaşlı forvard Zaqreb təmsilçisinin ölkə çempionatında "İstra 1961" komandasına qarşı oyununda meydana çıxacaq.
"İstra 1961" - "Dinamo" görüşü fevralın 6-da Bakı vaxtı ilə saat 23:05-də başlanacaq.
Qeyd edək ki, Polşa "Legiya"sı ilə yollarını ayıran Emreli Xorvatiya klubu ilə 4,5 illik müqavilə imzalayıb.