Mahirin komandası derbi oyununa çıxır
Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi 24-cü turda Zaqrebin digər klubu "Lokomotiv"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:05-də başlayacaq.
Qeyd edək ki, "Dinamo" 49 xalla liderdir, "Lokomotiv" isə 28 xalla 6-cı pillədədir.