Mahirin komandası növbəti oyuna çıxır

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün yerli çempionatda növbəti matçına çıxacaq. 

Sportline.az xəbər verir ki, komanda 25-ci turda "Osijek" ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 21:00-da başlayacaq. 

Qeyd edək ki, hazırda çempionatın turnir cədvəlinə 50 xalla "Dinamo" rəhbərlik edir. Zaqreb təmsilçisi digərlərindən 1 oyun az keçirib. 49 xalı olan "Osijek" isə 2-cidir. 

21:00. "Dinamo" - "Osijek" 

Banner