Mahirin komandası qələbəni belə qazandı
Xorvatiya çempionatında 22-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" səfərdə “İstra 1961” ilə qarşılaşıb.
Oyun zaqreblilərin qələbəsi ilə nəticələnib (2:1).
Mahirin adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.