Mahirin komandası "Sevilya"ya qarşı
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Avropa Liqasında 1/16 final oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, Zaqreb təmsilçisi "Sevilya"nın (İspaniya) qonağı olacaq. Qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Mahir komandasının "Sevilya" ilə oyundan əvvəl son məşqində iştirak edib. Onun oyunun iştirak ərizəsində yer alacağı gözlənilir.
Qeyd edək ki, Mahir fevralın 3-ü "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.
Avropa Liqası, 1/16 final mərhələsi
00:00. "Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
“Ramon Sançes Pisxuan” stadionu