Mahirin komandasının növbəti sınağı
Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 32-ci tur oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, komanda səfərdə "Qoritsa" ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 21:05-də başlayacaq matç "Dinamo"nun yeni baş məşqçisi Ante Çaçiçin kluba ikinci təyinatından sonra ilk qarşılaşması olacaq.
Qeyd edək ki, 31 oyundan 66 xalı olan Zaqreb təmsilçisi hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Osiyek" 64 xalla (32 oyun) 2-ci, "Hayduk" (Split) 62 xall (31 oyun) 3-cüdür. "Qoritsa" isə 40 xalla (31 oyun) 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, fevral ayından bu komandada oynayan Mahir Xorvatiya çempionatında 7 matçda 2 qol vurub.
24 aprel
21:05. "Qoritsa" - "Dinamo" (Zaqreb)