Mak Allister "Real Madrid"lə bağlı məsələyə aydınlıq gətirib
Aleksis Mak Allister "Real Madrid" ilə adının hallanması söz-söhbətlərini ciddiyə almır.
Sportline.az "TyC Sports"a istinadən xəbər verir ki, 26 yaşlı argentinalı yarımmüdafiəçi ehtiyatlı danışıb:
"Şayiələri oxumuşam, xəbərlər mənə çatır, amma önəmli olan indiki vəziyyətdir. Klub məni nə qədər sevsə də, bu həftə sonu pis oynasam, maraqlarını itirəcəm."
"Liverpulda yaxşıyam və buna ehtiyacım yoxdur. Ona görə də kluba böyük hörmətim var və hesab edirəm ki, başqa klublar haqda danışmağa gərək yoxdur."
Qeyd edək ki, Allisterin müqavilə müddəti 2027-ci ildə bitir.