"Makkabi" koronavirus testlərinin nəticəsini açıqladı
Avropa Liqasında I qrupun ilk tur görüşündə "Qarabağ"ı qəbul edəcək İsrailin "Makkabi" (Təl-Əviv) komandasının üzvləri növbəti dəfə koronavirus testindən keçiblər.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bütün analizlərin nəticəsi mənfi çıxıb.
Son bir neçə həftədə Təl-Əviv təmsilçisinin virusa yoluxan 12 futbolçusunun əksəriyyəti artıq komanda ilə birlikdə məşqlərə qatılıb.
Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.