Makqreqor gələcək planlarını açıqlayıb

MMA ulduzu Konor Makqreqor gələcək planlardan söz açıb.

Sportline.az xəbər verir ki, irlandiyalı idmançı yeni döyüşə hazırlaşdığını bildirib.

"UFC mənim həyatımdır. Hazırda təşkilatla yeni müqavilənin şərtlərini müzakirə edirik. Qarşılılqlı hörmətimiz var. Buna uyğun hərəkət edirik. Gələcəkdə nə olacağını zaman göztərəcək", - deyə Konor "TheMacLife"ə müsahibəsində fikirlərini bölüşüb.

Qeyd edək ki, 35 yaşlı Makqreqor peşəkar rinqdə keçirdiyi 28 döyüşün 22-də qələbə qazanıb.