Maksim Medvedev: "Futbolçuların bütün fikri əsgərlərimizin yanındadır"
UEFA Millətlər Liqasında sabah keçiriləcək Monteneqro – Azərbaycan oyunu öncəsi Azərbaycan milli komandasının mətbuat konfransı təşkil olunub.
Sportline.az xəbər verir ki, komandanın kapitanı Maksim Medvedev yaxşı qazanmaqla cəbhə bölgəsində döyüşən əsgərlərimizə dəstək olmağa çalışacaqlarını söyləyib:
“Ölkədəki vəziyyət hamıya məlumdu. Futbolçuların bütün fikri əsgərlərimizin yanındadı. Bura futbol oynamağa gəlmişik. Yaxşı futbol oynamaqla, nəticə qazanmaqla onlara dəstək olmağa çalışacağıq. Rəqibi yaxşı analiz etmişik, oyunlarını izləmişik. Dərk edirik ki, qrupun lideri ilə oynayırıq. Monteneqro millisi müdafiədə inamla oynasa da, son oyunlarda müəyyən boşluqlar buraxdı. Bizdə də rəqib qapısı qarşısında çətin anlar yaşadacaq futbolçularımız var. Baş məşqçinin verdiyi tapşırıqları tam yerinə yetirməliyik”.