Maksim Medvedev zədələndi

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində hazırda “Sileks”lə (Şimali Makedoniya) qarşılaşan “Qarabağ” ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, görüşün 76-cı dəqiqəsində komandanın kapitanı Maksim Medvedev zədələnib.

Rəqib futbolçu ilə toqquşmadan sonra yerdə qalan müdafiəçi oyunu davam etdirə bilməyib. Onu Abbas Hüseynov əvəzləyib. Maksim meydanı xərəkdə tərk edib.