Maksim Qurban Qurbanova şərik oldu
Seçmə komandamızın üzvü Maksim Medvedev millinin kapitanları siyahısında 5-ci yerə şərik olub.
Sportline.az xəbər verir ki, Millətlər Liqasının II turunun Kiprlə səfər matçı Medvedevin kapitan kimi çıxdığı 11-ci oyun idi.
Təcrübəli müdafiəçi bu göstəricidə Qurban Qurbanovla Mahir Şükürova çatıb. Yalnız 4 oyunçu daha çox görüşdə kapitan sarğısı ilə iştirak edib.
Mütləq rekordçu Rəşad Sadıqovdur – 78. Tərlan Əhmədov 41, Nazim Süleymanov 22, Aslan Kərimov 18 dəfə meydana bu rolda çıxıb.