Malik Çau "Nyukasl"dan gedir
"Nyukasl"ın mərkəz müdafiəçisi Malik Çau yayda komandası dəyişə bilər.
Sportline.az xəbər verir ki, "Bavariya", "Mançester Yunayted" və "Liverpul" 24 yaşlı stopperi heyətinə qatmaq istəyir.
Bu haqda "Sports Boom" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Çau cari mövsüm meydana çıxdığı 40 matçda 5 qol, 1 asistlə yadda qalıb.