Mamardaşvili Avro 2024-dən sonra dünyanın ən pahalı qapıçısı olub

Gürcüstan millisinin və "Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili 2024-cü il Avropa çempionatından sonra transfer qiymətini 10 milyon avro artırıb.

Sportline.az xəbər verir ki, Transfermarkt portalında 23 yaşlı qolkiperin hazırki transfer dəyəri 45 milyon avrodur.

Ən bahalı 10 qapıçının siyahısı isə belədir:

1.Qeorqiy Mamardaşvili (45 milyon avro)

2.Dieqo Koşta (45 milyon avro)

3.Canluci Donnarumma (40 milyon avro)

4.Qreqor Kobel (40 milyon avro)

5.Mik Menyan (38 milyon avro)

6.Vikario (35 milyon avro)

7.David Raya (35 milyon avro)

8.Ederson (35 milyona avro)

9.Andre Onana (35 milyona avro)

10.Unai Simon (30 milyon avro).

Xatırladaq ki, Avro 2024-də Gürcüstan millisi 1/8 finalda İspaniyaya məğlub olaraq mübarizəni dayandırıb.