"Mançester Siti" İngiltərə millisinin 20 yaşlı futbolçusu ilə maraqlanır
"Kristal Palas"ın və İngiltərə millisinin oyunçusu Adam Uorton "Mançester Siti"nin maraq dairəsinə düşüb.
Sportline.az The Standart-a istinadla xəbər verir ki, 20 yaşlı futbolçu uzunmüddətli transfer hədəfi kimi nəzərdən keçirilir.
Mənbənin sözləri görə London klubunun baş məşqçisi Oliver Qlasner uğurlu mövsüm keçirən gənc futbloçunu əldən buraxmaq istəmir.
Qeyd edək ki, bu mövsüm "Kristal Palas"ın heyətində 45 oyuna çıxan Uorton 2 qol və 6 məhsuldar ötürmə ilə diqqət çəkib.