"Mançester Siti" 17 yaşlı futbolçu transfer edir
"Mançester Siti" heyətə daha bir istedadlı futbolçu cəlb etməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, söhbət "River Pleyt"in yarımmüdafiəçisi Klaudio Eçeverridən gedir.
17 yaşlı futbolçunun transferi ilə bağlı hazırlıqlar yekunlaşmaq üzrədir.
Jurnalist Fabrisio Romanonun yaydığı məlumata görə, argentinalı futbolçu 2024-cü ilin dekabrında yeni komandasının formasını geyinəcək.
Onun mançesterlilərlə 25 milyon avro müqabilində 6 illik müqavilə bağlayacağı bildirilir.