"Mançester Siti" 17 yaşlı hücumçu aldı
"Mançester Siti" "Fluminense"nin futbolçusu Kayki da Silvanı transfer edib.
Sportline.az xəbər verir ki, bu barədə klubun "Tvitter" səhifəsi məlumat yayıb. 17 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. O, Braziliyada bu mövsüm başa çatdıqdan sonra İngiltərə təmsilçisinə qoşulacaq.
Britaniya mətbuatı bu transfer üçün "Mançester Siti"nin 10.5 milyon funt sterlinq ödəyəcəyini yazıb.
Qeyd edək ki, Kayki bu mövsüm "Fluminense"də meydana çıxdığı 8 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.