"Mançester Siti" almaniyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır

"Mançester Siti" "Borussiya Dortmund"un almaniyalı futbolçusu Feliks Nimeçanı heyətinə qatmaqda israrlıdır.

Sportline.az xəbər verir ki, bu haqda "Sky Sports Germany" məlumat yayıb.

25 yaşlı futbolçunun dəyəri 45 milyon avrodur.

Qeyd edək ki, F.Nimeça cari mövsüm meydana çıxdığı 37 matçda 5 qol, 3 asistlə yadda qalıb.