“Mançester Siti” – “Arsenal”: Heyyətlərdə son durum

İngiltərə Premyer Liqasının 5-ci turunun mərkəzi görüşü “Etihad stadium”da baş tutacaq. “Mançester Siti”i “Arsenal”ı qəbul edəcək.

Sportline.az xəbər verir ki, hər iki komandanın düşərgəsində ciddi itkilər var.

“Şəhərlilər”in ulduz oyunçusu Kevin De Brüynenin oynayıb-oynamayacağı sual altındadır.

Natan Ake isə zədə səbəbində matçı buraxacaq.

“Arsenal”da isə əsas itkilər kapitan Martin Odeqaard, Mikel Merino, Takehiro Tomiyasu, Kiran Tirninin adı ilə bağlıdır.

Aleksander Zinçenkonun isə vəziyyəti matç saatında dəqiqləşəcək.

Qeyd edək ki, böyük maraqla gözlənilən görüş bu gün saat 19:30-da başlanacaq.

Matçın ədalət təmsilçisi Maykl Oliver olacaq.