"Mançester Siti" braziliyalı futbolçu ilə yollarını ayıracaq

"Mançester Siti" müdafiəçi Yan Kouto ilə vidalaşmağa hazırlaşır.

Sportline.az Daily Mail-ə istinadla xəbər verir ki, braziliyalı futbolçu 30 milyon avro qarşılığında "Borussiya" Dortmund klubuna keçəcək.

22 yaşlı oyunçu ötən mövsümü icarə əsasında "Jirona"da keçirib. Kataloniya klubunun heyətində 38 oyuna çıxan Kouto 2 qol vurub, 10 məhsuldar ötürmə edib.

Kouto 2020-ci ildə "Koritiba"dan 6 milyon avro qarşılığında "Man.Siti"yə keçib.Transfermarkt portalında onun transfer dəyəri 25 milyon avrodur.