“Mançester Siti” brazilyalı ulduzu rənglərinə bağlamaq istəyir

"Mançester Siti" "Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqonu heyətinə qatmağı düşünür.

Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, Mançester klubu Rodriqo üçün "Real"a 100 milyon avro ödəməyə hazırdır.

24 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rodriqo cari mövsüm çıxış etdiyi 50 matçda 13 qol 10 asistlə yadda qalıb.