"Mançester Siti" bu futbolçuya görə 30 milyon avro ödəməyə hazırdır
"Mançester Siti"nin yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Daily Express"ə istinadən xəbər verir ki, "İpsviç"in ingiltərəli futbolçusu Liam Delap karyerasını "Mançester Siti"də davam etdirə bilər.
Bu keçid üçün "Mançester Siti" qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Liam Delapın "İpsviç"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
21 yaşlı hücumçu bu mövsüm çıxış etdiyi 24 matçda 9 qol və 2 asistlə yadda qalıb.