"Mançester Siti" ciddi itki ilə üzləşib
Arsenalla keçirilən Premyer Liqa oyununda zədələnən "şəhərlilər"in qapıçısı Ederson mövsümü başa vurub.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, braziliyalı qapıçı gözündən aldığı zədəyə görə mövsümün son 2 oyununda iştirak edə bilməyəcək.
"Vest Hem"- Premyer Liqada son oyun.
"Mançester Yunayted"- Federasiya kuboku finalı.
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqanın son turunda "Vest Hem"i məğlub edəcəyi təqdirdə 10-cu dəfə İngiltərənin ən güclüsü olacaq.