"Mançester Siti" dayanmaq bilmir

İngiltərə Premyer Liqasında 29-cu tura start verilib.

Sportline.az xəbər verir ki, turun açılış oyununda "Mançester Siti" "Vulverhempton"u qəbul edib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Mançester təmsilçisi bütün turnirlərdə ardıcıl 21-ci qalibiyyətini əldə edib.

"Mançester Siti" - "Vulverhempton" - 4:1
Qollar:
 Dendonker, 15-avtoqol (1:0), Kodu, 61 (1:1), Jezus, 80 (2:1), Mahrez, 90 (3:1), Jezus, 90+3 (4:1)

Bu qələbə ilə xalını 65-ə yüksəldən Pep Qvardiolanın baş məşqçisi olduğu komanda liderliyi möhkəmlədib. "Mançester Yunayted" 50 xalla 2-ci, "Lester" 49 xalla 3-cüdür.