"Mançester Siti" "Əl-Nəsr"in təklifini rədd edib

"Mançester Siti" "Əl-Nəsr"in qapıçı Ederson üçün 30 milyon avroluq təklifini geri çevirib.

Sportline.az jurnalist Fabritsio Romanoya istinadla xəbər verir ki, tərəflər arasında danışıqlar şəhərlilərin Ərəbistan klubundan 60 milyon avro tələb etməsindən sonra dayanıb.

Xəbərdə bildirilir ki, "Əl-Nəsr" klubunun yeni hədəfi "Atletiko" Paranaensenin braziliyalı qapıçısı Bentudur. 

Qeyd edək ki, Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" ötən mövsüm Səudiyyə Pro Liqasını 82 xalla ikinci sırada bitirib.