"Mançester Siti" ingiltərəli futbolçusu ilə yollarını ayıracaq
"Mançester Siti" ingiltərəli futbolçusu Cek Qrilişlə yollarını ayırmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşrinə məlumat yayıb.
Qrilişin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 26 matçda 2 qol və 5 asistlə yadda qalıb.
Cek Qriliş 2021-ci ilin yayında 117.5 milyon avro qarşılığında "Aston Villa"dan "Mançester Siti"yə transfer olmuşdu.
Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.