"Mançester Siti" ispaniyalı futbolçu ilə maraqlanır

Heyətini yarımmüdafiəçi ilə gücləndirmək istəyən "Mançester Siti" "Leptziq"in ispaniyalı futbolçusunu transfer etmək istəyir.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "şəhərlilər" Dani Olmo üçün yaxın günlərdə Almaniya klubuna rəsmi təklif göndərəcəklər.

Xəbərdə bildirilir ki, "Bavariya" və PSJ klubları da yarımmüdafiəçini heyətinə qatmaq istəyirlər.

Qeyd edək ki, 26 yaşlı futbolçunun sərbəst qalma bədəli 50 milyon avrodur.