“Mançester Siti” “Köln”ə 40 milyon avro təklif edib

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Köln” klubunun futbolçusu Said El Malanın transferini rəhbərliktən tələb edib.

Sportline.az xəbər verir ki, bu haqda “Sky Sports Germany” məlumat yayıb.

İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro təklif edib.

Qeyd edək ki, Said El Mala bu mövsüm meydana çıxdığı 12 oyunda 4 qol, 2 asist müəllifi olub