"Mançester Siti" məhkəməyə veriləcək
Benjamen Mendi sabiq klubu "Mançester Siti"ni məhkəməyə verməyə hazırlaşır.
Sportline.az The Guardian nəşrinə istinadla xəbər verir ki, klub futbolçuya 11,5 milyon avro borcludur.
2021-2023-cü illər-də zorlamada təqsirli bilinən Mendi oyunlara çıxmamışdı.
Mançesterlilər isə, həmin dövrlər üçün nəzərdə tutulan məvacibi ödəməyəcəklərini bildiriblər.
Qeyd edək ki, Mendinin "Mançester Siti" ilə müqaviləsinin müddəti bu yay başa çatıb.