"Mançester Siti" portuqaliyalı futbolçu ilə maraqlanır
"Mançester Siti" "Sportinq"in portuqaliyalı futbolçusu Trinkaonu heyətinə qatmağı planlaşdırır.
Sportline.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" Trinkao üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.
25 yaşlı futbolçunun "Sportinq"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Mançester Yunayted"də Trinkao ilə yaxından maraqlanır.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 9 qol və 13 asistlə yadda qalıb.